Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92078
az

Pirşağıda çimərlikdə itkin düşən azyaşlı tapılıb - VİDEO

16:5903 İyul, 2023
125
  • A

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində 2017-ci il təvəllüdlü azyaşlının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.

Təəssüflə qeyd olunmalıdır ki, uşaqların xüsusilə çimərliklərdə böyüklər tərəfindən nəzarətsiz qoyulması hallarına tez-tez rast gəlinir. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilən halların yaranmasına gətirib çıxarır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu