Sabirabadda dəhşətli intihar hadisəsi baş verib.
Hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1990-ci il təvəllüdlü Samir Quliyev yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Bu zaman onu söndürmək istəyən atası Sabir və qardaşı Sabit də yanıq xəsarətləri alıblar.
Hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Samir Quliyev aldığı yanıq xəsarətindən xəstaxanada ölüb, digərlərinin vəziyyəti isə ağırdır.
Faktla bağlı Sabirabad rayon prokrorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR