Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.
Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Oxu24.com
ŞƏRHLƏR