İranın Sistan-Bəlucistan əyalətinin Zehek və Hirmand şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.
Oxu24.com xəbər verir ki,İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bölgədəki isti hava ilə bağlı açıqlama verib.
Haydari bildirib ki, Zehek və Hirmend şəhərlərində hava istiliyi 50 dərəcəyə çatıb və bu, onları ölkənin ən isti bölgələri edib.
Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində temperaturun 42 dərəcə olaraq ölçüldüyünü bildirən Haydari, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.
Küləklə birlikdə tozun daşınması da artacaq
Əyalətdə küləyin sürətinin artması ilə toz daşımalarının da artacağını dilə gətirən Haydari, xalqı zərurət olmadıqca açıq havaya çıxmamaq və görmə qabiliyyətinin azalması ilə nəqliyyatdan qaçmaq barədə xəbərdarlıq edib.
Sistan-Bəlucistan Böhran İdarəetmə Baş direktoru Məcid Mohibbi də əyalətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində fırtınanın daşıdığı incə toz səbəbiylə mindən çox insanın xəstəxana və tibb mərkəzlərinə köçürüldüyünü açıqlayıb.
Tırcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR