Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92056
az

Rusiya və Çin hərbi sahədə görüş keçirdi

12:5102 İyul, 2023
66
  • A

Çin Xalq Azadlıq Ordusu Rusiya Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlığa ümid edir.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenovla görüşündə Çinin müdafiə naziri Li Şanfu məlumat verib.

 

"Biz inanırıq ki, hər iki tərəfin birgə səyləri ilə iki ölkənin ordusu arasında əlaqələr dərinləşəcək və möhkəmlənəcək", - Li Şanqfu WeChat sosial şəbəkəsində deyib.

 

O, Rusiya və Çin donanmaları arasında tez-tez və sıx qarşılıqlı əlaqənin olduğunu vurğulayıb.

Çin Müdafiə Nazirliyinin rəhbəri əlaqələrin möhkəmlənməsinin davam edəcəyinə ümid etdiyini bildirib.

Daha tez-tez birgə patrul və təlimlərin keçirilməsi planlaşdırılır. Li Şanfunun sözlərinə görə, iki ölkə liderlərinin rəhbərliyi altında silahlı qüvvələr arasında əməkdaşlıq bundan sonra da daha sürətlə inkişaf edəcək.

Bundan əvvəl Çinin müdafiə naziri Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik sammitində çıxış edib.

Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, “müəyyən ölkələr” silahlanma yarışını gücləndirərkən və suveren dövlətlərin işlərinə qarışarkən Çin dialoqa sadiqdir.

 

Tərcümə: Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Ermənistanda görün nə planlaşdırır: bir il ərzində... -Yeni konsepsiyanın ŞOK DETALLARI
Bayden Ukrayna ilə bağlı göstəriş verdi
Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı