Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovla birlikdə İnstaqramda canlı yayıma çıxıb və xəstəliyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
OXU24.COM Axar.az-a istinadən xəbər verir ki, Delimxanov da canlı yayım tarixini (2 iyul) göstərib və çəkilişin yeni olduğunu bildirib.
"Sakit-sakit yaşayırıq. Uzun müddət yaşamaq istəmirik. Qısa yaşayacağıq, amma ləyaqətlə", - Kadırov canlı yayımda deyib.
"Bundan sonra da qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcəyik. Və biz bütün şeytanlara və qeybətçilərə demək istəyirik: "Əhməd" gücdür", - Delimxanov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Kadırovun ölüm ayağında olması ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, Delimxanovun xəsarət alması ilə bağlı xəbərlərdən sonra itkin düşdüyü iddia edilirdi.
Oxu24.com
ŞƏRHLƏR