ABŞ prezidenti Co Bayden iyulun 9-dan 13-dək Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək.
OXU24.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
"Bayden Londonda ölkələr arasında ikitərəfli münasibətləri daha da gücləndirmək üçün Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlz ilə görüşmək niyyətindədir", - açıqlamada deyilir.
Amerika iyulun 11-12-də NATO-nun 74-cü Sammitində iştirak etmək üçün Litvaya gedəcək.
Daha sonra ABŞ-Skandinaviya liderlərinin zirvə görüşü üçün Helsinkiyə səfər edəcək .
Daha əvvəl bildirilmişdi ki, Bayden İsveçin baş naziri Ulf Kristerssonun Vaşinqtona səfərini gözləyir. Onların NATO məsələləri ilə bağlı iyulun 5-nə planlaşdırılan danışıqları var.
Oxu24.com
ŞƏRHLƏR