Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92004
az

Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb

16:2402 İyul, 2023
96
CƏMİYYƏT
  • A

Bolqarıstan 2023-cü ilin aprel ayında Azərbaycandan 74,8 milyon kubmetr təbii qaz idxal edib, martda bu rəqəm 44,5 milyon kubmetr olub.

Bu barədə Trend-ə Avropa İttifaqının Statistika İdarəsi olan "Eurostat"dan məlumat verilib.

Beləlilə, Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb.
 

Apreldə qaz tədarükünün dəyəri martda 30,5 milyon avro ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb. Bu interkonnektor vasitəsilə qaz tədarükünün müqavilə üzrə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi tutumu 3 milyard kubmetrdir və ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.

Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə Avropaya qaz ixrac edir. TAP-ın ilkin qabiliyyəti 10 milyard kubmetrdir və ildə 20 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Manafa itki üz verdi -Yemək yedikləri yerdə qəfil öldü
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü