Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9199
az

Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi

15:2623 Yanvar, 2019
771
KRİMİNAL
  • A
 
Xəbər verdiyimiz kimi, idmançı Araz Musayevin psixoloq Nərmin Şahmarzadəyə qarşı məhkəmə iddiası icraata götürülməyib.
 
Oxu24.com  xəbər verir ki, idmançı bu haqda sosial şəbəkədə yazıb.
 
O deyib ki, qərardan şikayət edəcəklər:

"Nərmin Şahmarzadə ilə bağlı işə xitam verildi yazan saytlara və KİV nümayəndələrinə demək istəyirəm ki, şikayətimizi hakim icraata götürmədi. Şikayət icraat götürülmədən ona necə xitam verə bilər? Hakim işi icraata qəbul edib şikayətimizə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Qərarı götürəndən və iclas protokolları ilə tanış olduqdan sonra müəyyən edəcəyik ki, yenidən Xətai rayon məhkəməsinə verək yoxsa qərardan apellyasiya şikayəti edək".
 
Araz Musayev hakimdən də şikayət etdiklərini deyib: "Hakim Bəxtiyar Məmmədov məhkəmə iclası zamanı açıq aşkar göstərdiyi qərəzli mövqeyi barəsində isə Məhkəmə hüquq şürasına şikayət veriləcəkdir"
 
Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı