Rusiyanın Ussuriysk vilayətində metal-sənaye müəssisəsinin işçisi yayma maşınına düşərək ölüb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, hadisə iyulun 1-nə keçən gecə baş verib.
“2023-cü il iyulun 1-nə keçən gecə Ussuriysk şəhərinin Kommunalnaya küçəsində yerləşən metal-sənaye müəssisəsinin işçisi olan əcnəbi vətəndaş iş görərkən yuvarlanan maşına yıxılıb”, - məlumatda deyilir.
2003-cü il təvəllüdlü kişi hadisə yerində ölüb. Hadisə ilə bağlı əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına və işdə təhlükəsizlik tələblərinin tam təmin olunmasına baxış təşkil edilib.
RT-nin məlumatına görə, istintaq orqanları əməyin mühafizəsi tələblərinin pozulması faktı ilə bağlı cinayət işi açıb.
Müstəntiqlərin fikrincə, hadisə mərhumun əməyin mühafizəsi qayda və normalarına əməl olunmasını təmin etməli olan, lakin tapşırıqlarını lazımınca yerinə yetirməyən həmkarının vicdansızlığı ucbatından baş verib və nəticədə kişi maşına yıxılıb. .
Hadisə anının videosunu təqdim edirik:
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR