Rusiyanın Kubadakı səfiri Koronelli Moskva ilə Havana arasında uçuşlar açmağa çağırıb
Rusiya ilə Kuba arasında turizm əlaqələrini inkişaf etdirmək üçün Moskva ilə Havana arasında birbaşa uçuşlar açılmalıdır.
Oxu24.com xəbər verir ki, bu haqda Rusiyanın Kubadakı fövqəladə və səlahiyyətli səfiri Viktor Koronelli jurnalistlərlə söhbətində bu zərurətdən danışıb.
"Bizə Moskvadan Havanaya ən azı bir uçuş lazımdır. Biz Havanaya bu reysi səbirsizliklə gözləyirik. Artan turizmlə yanaşı, işgüzar əlaqələrimiz də böyüyür", - səfir bildirib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR