Fransanın L'Ail-les-Rose şəhərinin meri evinə edilən hücumla bağlı açıqlama verib
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Fransanın L'Ail-les-Rose şəhərinin meri Vincent Jeanbrune bildirib ki, naməlum şəxslər onun evinə hücum edərək yanğın törətməyə cəhd ediblər, nəticədə məmurun həyat yoldaşı və uşaqları xəsarət alıb.
Bu barədə o, Twitter-də yazıb.
"Bu gecə evimə hücum edildi və ailəm sui-qəsdin qurbanı oldu. Həyat yoldaşım və iki uşağım şok vəziyyətindədir və yaralanıb", - o, açıqlamasında bildirib.
Janbrune hücumun gecə saatlarında baş verdiyini, hücum edənlərin avtomobildə olduğunu və onun evinə basqın etməyə çalışdığını bildirib.
Bələdiyyə sədri zərərçəkmiş ailə üzvlərinin vəziyyəti barədə məlumat vermir.
BFMTV-nin məlumatına görə, prokurorluq araşdırmaya başlayıb, iş “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə başlanıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR