Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91974
az

Qəbələdə seldən 5 nəfər xilas edilib - VİDEO

10:4402 İyul, 2023
189
  • A

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Hüseynov Orxan Qurban oğlu, 1988-ci il təvəllüdlü Abbasov Elşən Eynulla oğlu, 1989-cu il təvəllüdlü Şabıyev Elşən Elxan oğlu, 1990-cı il təvəllüdlü Şirvanzadə Şakir Akif oğlu və 1990-cı il təvəllüdlü Əsədov Pünhan Süphan oğlunu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto
Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu