Türkiyədə pişikdən keçən parazit iki gənc qızın gözlərini kor edib.
Xeberle.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə yaşayan iki gənc xanım gözlərində kirpik qaynaq etdirən zamanı müvafiq olaraq sol və sağ gözlərinin görmədiklərini hiss ediblər.
Bundan təlaşa düşən xanımlar göz həkiminə müraciət ediblər. Aparılan müayinələrdən sonra məlum olub ki, hər iki qadında pişik nəcisindən yoluxmuş toksoplazma paraziti aşkarlanıb. Bu parazitin pişiklərin bağırsaqlarında olduğunu və pişiyin nəcisi vasitəsi ilə ətrafa yayıldığı bildirilir. Parazit xanımların gözlərinin görən nöqtəsində infeksiya yaradaraq yaraya çevrilib. Müayinə həkimi bildirib ki, pişik infeksiyalı nəcisini küçədə etsə də, yağış suları vasitəsi ilə torpağa və suya qarışır. Buna görə də insanlar torpaqla iş görərkən əlcəkdən istifadə etməlidirlər. Evində pişik bəsləyənlər də ehtiyatlı davranmalıdırlar. Çünki bu parazitə yoluxan gözün əməliyyatla da müalicəsi yoxdur. Parazit insanın gözünü itirməsinə səbəb olur.
Oxu24.com
ŞƏRHLƏR