Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91954
az

Fransanı çalxalayan qətlin səs yazısı yayıldı

23:1001 İyul, 2023
118
DÜNYA
  • A

Fransa mətbuatı iyunun 27-də polisin 17 yaşlı Nael M-ni silahla qətlə yetirdiyi hadisənin audio yazısını yayıb.

Fransanın Nanterre şəhərində Nael M. adlı gənc sürücü polisin açdığı atəşlə öldürüldükdən sonra müxtəlif sosial media platformalarında avtomobildə olan bir sərnişinin hadisəni izah edən videosu yayılıb.

Oxu24.com xəbər verir  ki,Fransanın BFMTV kanalı sözügedən videonun düzgünlüyünün təsdiqləndiyini bildirib və adı açıqlanmayan sərnişinin səs yazısı da daxil olmaqla video xəbəri təqdim edib.


Səs yazısında sərnişin "dostum Naelin ölümü ilə bağlı sosial media şəbəkələrində o qədər yanlışlar gedir ki, həqiqəti üzə çıxarmaq üçün bu videonu çəkmək istədim. A-dan Z-yə hekayəni danışacağam" deyib.

Sərnişin bildirib ki, iyunun 27-də yerli vaxtla saat 08:00 radələrində 2 dostu ilə görüşüb və kirayə  götürdükləri avtomobillə Nanterreyə gəzintiyə çıxıblar.

Alkoqol və narkotik vasitələrdən istifadə etmədiklərini bildirən sərnişin avtobus yolunda maşın sürərkən motosikletlərində 2 polisin onları izlədiyini görüblər.

Sərnişin izah edib ki, polislər  siren işə salıb, daha sonra Naelin maşını dayanıb.

"Mühərriki dayandır, yoxsa səni vuracağam"

Polislərdən birinin Naelə maşının pəncərəsini açmasını dediyini və dostunun bu əmrə əməl etdiyini izah edən sərnişin Nailə “motoru saxla, yoxsa səni vuraram” deyib. 

Sərnişin bildirib ki, polislər Naeli silahlarının qundağı ilə vurublar.

"Hərəkət etmə, yoxsa sənin başına güllə vuraram"

Polislərdən biri silahı Naelin başına  doğru tutaraq, "Sakit  ol, yoxsa sənin başına güllə vuraram" deyib. Bu zaman  digər polis  həmkarına “onu vur” deyə qışqırıb.

Sərnişin izah edib ki, polisin açdığı  atəşdən  sonra Naelin ayağı əyləc pedalından çıxıb və avtomobil hərəkətə keçib.

Daha sonra polis gəncə sükan arxasında güllələyib və gənc oğlan ölüb.

 

Hadisənin şahidi olan sərnişin polisin onu da vura biləcəyini düşünərək qaçdığını bildirib.

 

Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşurlar.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb