Fransa mətbuatı iyunun 27-də polisin 17 yaşlı Nael M-ni silahla qətlə yetirdiyi hadisənin audio yazısını yayıb.
Fransanın Nanterre şəhərində Nael M. adlı gənc sürücü polisin açdığı atəşlə öldürüldükdən sonra müxtəlif sosial media platformalarında avtomobildə olan bir sərnişinin hadisəni izah edən videosu yayılıb.
Oxu24.com xəbər verir ki,Fransanın BFMTV kanalı sözügedən videonun düzgünlüyünün təsdiqləndiyini bildirib və adı açıqlanmayan sərnişinin səs yazısı da daxil olmaqla video xəbəri təqdim edib.
Səs yazısında sərnişin "dostum Naelin ölümü ilə bağlı sosial media şəbəkələrində o qədər yanlışlar gedir ki, həqiqəti üzə çıxarmaq üçün bu videonu çəkmək istədim. A-dan Z-yə hekayəni danışacağam" deyib.
Sərnişin bildirib ki, iyunun 27-də yerli vaxtla saat 08:00 radələrində 2 dostu ilə görüşüb və kirayə götürdükləri avtomobillə Nanterreyə gəzintiyə çıxıblar.
Alkoqol və narkotik vasitələrdən istifadə etmədiklərini bildirən sərnişin avtobus yolunda maşın sürərkən motosikletlərində 2 polisin onları izlədiyini görüblər.
Sərnişin izah edib ki, polislər siren işə salıb, daha sonra Naelin maşını dayanıb.
"Mühərriki dayandır, yoxsa səni vuracağam"
Polislərdən birinin Naelə maşının pəncərəsini açmasını dediyini və dostunun bu əmrə əməl etdiyini izah edən sərnişin Nailə “motoru saxla, yoxsa səni vuraram” deyib.
Sərnişin bildirib ki, polislər Naeli silahlarının qundağı ilə vurublar.
"Hərəkət etmə, yoxsa sənin başına güllə vuraram"
Polislərdən biri silahı Naelin başına doğru tutaraq, "Sakit ol, yoxsa sənin başına güllə vuraram" deyib. Bu zaman digər polis həmkarına “onu vur” deyə qışqırıb.
Sərnişin izah edib ki, polisin açdığı atəşdən sonra Naelin ayağı əyləc pedalından çıxıb və avtomobil hərəkətə keçib.
Daha sonra polis gəncə sükan arxasında güllələyib və gənc oğlan ölüb.
Hadisənin şahidi olan sərnişin polisin onu da vura biləcəyini düşünərək qaçdığını bildirib.
Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşurlar.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR