Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9193
az

Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA

11:3723 Yanvar, 2019
780
CƏMİYYƏT
  • A
 
Məişət zorakılığı haqqında qanunu işlətmək hələ də çətindir.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan qəbul etdiyi qanunlarla idarə olunur:

“Gender bərabərliyi və Məişət zorakılığı haqqında qanunlar elə incə sənədlərdir ki, insana aid olsa da, insan onu dərk etmirsə, qanunları işlətmək çətin olur. 2010-cü ildə qəbul olunan qanunun hələ də işlənməsi üçün mexanizm axtarılır.

Məişət zorakılığı təkcə qadınlara aid deyil, cəmiyyətin müxtəlif zəif təbəqələrinə aid olan məsələdir. Bu istiqamətdə bir informasiyanı verən zaman düşünmək lazımdır. Bir qadın zorakılığa məruz qalırsa, efirdə onun üzünü göstərirlər. Amma onun aldığı psixoloji zərbəni kimsə düşünmür”.

Sədaqət Qəhrəmanova qeyd edib ki, insan alveri ilə bağlı müəyyən reydlər keçirilir və efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir:

“Düşünmürlər ki, bunu efirə verilən zaman qardaşı, ailəsi görər və cinayət baş verə bilər. Niyə ancaq qadınları göstərirlər? Qadınları bu vəziyyətə salan kişilər niyə göstərilmir? Bəlkə, onlar barədə araşdırma aparılmalıdır ki, bu insanlar qadınları bu vəziyyətə niyə salırlar? Onların addımları nəticəsində qadınlar insan alverinin qurbanı olurlar. Bunlarla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı yeni təkliflər barədə addımlar atılacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü