Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91929
az

Lukaşenko  yeni qanun imzaladı

19:1201 İyul, 2023
100
DÜNYA
  • A

 Belarus mediasına qarşı qeyri-dost hərəkətlər edən dövlətlərin mediasının ölkədə fəaliyyətinə qadağa qoyulacaq.

 

Oxu24.com xəbər verir ki, müvafiq qanunu prezident Aleksandr Lukaşenko imzalayıb.

 

Belarus liderinin mətbuat xidmətinin verdiyi məlumata görə, “KİV haqqında” qanuna dəyişiklik ediləcək.

 

“Sənəd media sahəsində milli maraqların müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə, həmçinin Belarusa qarşı qeyri-dost hərəkətlərə cavab vasitələrinin genişləndirilməsinə yönəlib”, - məlumatda deyilir.


İndi ölkədə KİV-lərin dövlət qeydiyyatı haqqında şəhadətnamələrin ləğv oluna biləcəyi əsasların siyahısı genişləndiriləcək, həmçinin internetdə medianın bloklanması nəzərdə tutulub.

Belarus mediasına məhdudiyyətləri qəbul edən dost olmayan ölkələrə simmetrik əks tədbirlər tətbiq olunacaq.


O, həmçinin televiziya və radio yayımı vasitələrinin məhsullarını yayan sayt sahiblərinin fəaliyyətinə dair tələbləri müəyyən edir.

 

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko hərbi xəritələrdə qeyri-dost ölkələrin qərar qəbul etmə mərkəzlərinin yerlərini təsdiq etdiyini açıqlamışdı.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib