Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində içməli su borusu partlayıb. Zahid Qəmbərov 2 ünvanında yerləşən yaşayış binasının sakinləri isə vəziyyətdən narazıdır.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki,suyun həyətə sızması xüsusilə birinci mərtəbədə yaşayan ailələrə çətinlik yaradıb.
"Borudan sızan su binanın altına axır və ətrafa qoxu yayır."
Borunun su sızdırması həm də ətrafda yaşayan digər sakinlərin evlərinə gedən suyun təzyiqini azaldır.
Məsələ ilə bağlı "Azərsu" ASC-yə müraciət etdik.
Qurumdan bildirildi ki, sözügedən su xətti istismar müddətini başa vurub.
Yaxın zamanda su borusunun yararsız olan hissəsi kəsilərək yenisi ilə əvəz olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR