Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91912
az

Mingəçevirdə bir nəfər qırılan ağacın altında qaldı - VİDEO

16:2001 İyul, 2023
203
  • A

Sel xarakterli yağışla müşayət olunan güclü külək Mingəçevirdə fəsadlara yol açıb.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, külək və sel şəhərin bütün istiqamətlərində özünü çoxsaylı fəsadlarla biruzə verib. İri ağaclar tam və ya qismən qoparaq yollara aşıb.

Bu zaman ağaclar yolları bağlayaraq nəqliyyatın hərəkətinə maneə olub. Qırılan ağaclar Mingəçevirdə Mərkəzi Xəstəxananın həyətində minik maşınının, Füzuli küçəsində isə qadının başına aşıb, Sahil küçəsində isə dəmir hasarı da aşıraraq avtomobil yolunu bağlayıb. Əksər istiqamətlərə elektrik verilişinin ötürülməsində fasilələr yaranıb.

Eyni zamanda sel xarakterli yağış küçələri basaraq keçilməz edib, fərdi təsərrüfatlara dolaraq oraları yararsız edib. Aidiyyatı təsərrüfat qurumları vəziyyəti bərpa etmək üçün dərhal hərəkətə keçib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi