İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın İranda keçirdiyi səs-küylü əməliyyatla bağlı detallar məlum olub.
Oxu24.com xəbər verir ki, yəhudi döyüşçüləri Kiprdə İsrail vətəndaşlarına qarşı terror aktı planlaşdıran İİKK agentini ələ keçiriblər.
Dindirilmə zamanı tutulan agent Yusif Şahbazi Abbasəlili etiraf edib ki, Kiprdə hücumları həyata keçirmək tapşırığını SEPAH-ın yüksək rütbəli üzvündən alıb.
Mətbuatda yayılan məlumatlara əsasən, Kiprdə işləyən bir neçə israilli İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktının qurbanı olub.
Onların arasında daşınmaz əmlakla məşğul olan iş adamı ilə yanaşı, Çabad dini məktəbinin rəhbərləri də var.
Lakin İsrailin xarici kəşfiyyat agentlərinin köməyi ilə sui-qəsd planının üstü açılıb və Kipr hüquq-mühafizə orqanları terrorçuları saxlayıb.
Mossad fars dilində azəri ləhcəsi ilə danışan şəxsin dindirilməsinin videosunu yayıb
Həbs olunanlar arasında iranlılarla yanaşı, pakistanlıların da olduğu bildirilir.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında Mossad Kiprin təhlükəsizlik qüvvələri ilə birlikdə adada İsrail əsilli milyarderin və bir neçə başqa iş adamının qətlinin qarşısını rus pasportlu etnik azərbaycanlı, SEPAH agenti Orxan Əsədovu həbs edib. Həmçinin Pakistan və Livandan olan bir neçə adam da saxlanılıb.
Yusif Şahbazi Abbasəlili kəşfiyyatçıların dindirilməsi zamanı deyib ki, o, silah və sui-qəsd üçün göstərişləri İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitindən alıb. Abbasəlili etiraf edib ki, Kiprdə bir neçə israillini öldürməli idi, lakin onun təqib edildiyini hiss edərək, İrana qaçıb.
Yusif Şahbazi
“Mossad” iddia edir ki, Abbasəlilidən alınan məlumat Kiprdəki təhlükəli terrorçu “yuvasını” aradan qaldırmağa imkan verib. İsrail mətbuatının xarici kəşfiyyatdakı yüksək rütbəli mənbələrə istinadən yaydığı məlumata görə, İran vətəndaşları ilə yanaşı, İİKK-nın Kipr kəşfiyyat şəbəkəsinə pakistanlılar və yerli sakinlər də daxildir.
Dindirilmə zamanı Abbasəlili kuratorunun adını deyib. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun xarici kəşfiyyat şöbəsinin yüksək rütbəli əməliyyatçısı Həsən Şuşterizadədir.
“Şüşərizadə mənə dedi ki, mən Şimali Kiprə getməliyəm, oradan adanın cənub hissəsinə köçməyimə kömək edəcəklər”, - Abbasəlili xüsusilə qeyd edib.
Kiprə gələn Abbasəlili əvvəlcədən müəyyən edilmiş yerdə gizlədilən silahı götürüb, “WhatsApp” vasitəsilə Şusterizadədən hədəflər haqqında ətraflı məlumat alıb və “hədəflər”in məsafədən monitorinqinin qurulması ilə bağlı tapşırıq verib.
Lakin Abbasəlilinin kuratorları sonradan məlum olub ki, Kipr polisi onu izləyir və bundan sonra ona silahları anbarda qoymağı, bütün avadanlıqları məhv etməyi və təcili olaraq İrana qayıtmağı əmr ediblər.
Mossad Abbasəlilinin İranda saxlanmasının təfərrüatları və sonrakı taleyi ilə bağlı heç bir məlumat vermir.
Agentliyin bəyanatında yalnız qeyd olunur ki, o, “dünyada yəhudilərə və israillilərə zərərin qarşısını almaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcək”.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR