Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91893
az

"Rusiya Zaporojye AES-i uzaqdan partlada bilər" - Ukrayna Prezidenti

13:5801 İyul, 2023
182
DÜNYA
  • A

"Rusiya Zaporojye Atom Elektrik Stansiyasını (AES) uzaqdan partlada bilər".

OXU24.COM  "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın "El Mundo" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Zaporojye AES Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olsa da, Rusiya obyekti zədələyə bilər.

V.Zelenski obyektin minalandığını və ərazidə 5 minə yaxın Rusiya əsgərinin olduğunu söyləyib.

Dövlət başçısı, həmçinin xatırladıb ki, stansiya əməkdaşları hələ də oğurlanır və onların uşaqları Rusiyaya aparılır.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya ordusunun tədricən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk etdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tramp yeni kripto yaradır
Trampdan ŞOK TƏKLİF: Avropa bu ölkəyə qoşun yeritsin
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu