Azərbaycan ordusunun iyunun 28-də keçirdiyi “Qisas-2” əməliyyatı zamanı məhv edilən iki əsgərin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.
Oxu24.com xəbər verir ki,məhv edilən yaraqlıların cəsədlərini yaxınlarının müşayiət ilə Laçın keçid məntəqəsindən keçməklə Ermənistana aparılıblar.
Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Qeyd edək ki, “Qisas-2” əməliyyatı zamanı qanunsuz erməni silahlı birləşmələrinin 5 üzvü məhv edilib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR