İran ilə ABŞ arasında nüvə danışıqları amerikalı məhbuslarla bağlı fikir ayrılığına görə təxirə salınıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Adları açıqlanmayan iranlı mənbələrin sözlərinə görə, rəsmi Vaşinqton İranda həbsdə olan sayca dördüncü amerikalı məhbusun azad edilməsini istəyir, lakin Tehran rejiminin aidiyyəti qurumları bu məsələdə bir-biri ilə razılaşmır.
İran daxilindəki bu fikir ayrılıqları öz növbəsində Tehran və Vaşinqton arasında müvəqqəti nüvə razılaşması əldə etmək səylərinə mane olub.
Oxu24.com
ŞƏRHLƏR