"Yandex Travel" analitikləri 2023-cü ilin iyun ayında otel sifarişləri və uçuş axtarışları ilə bağlı məlumatların tədqiqindən sonra Rusiyadan Azərbaycana səyahət edənlərin sayının artdığını aşkarlayıblar.
Oxu24.com xəbər verir ki, araşdırmaya görə, Azərbaycan səyahətə tələbatın artmasına görə lider olub. Daha sonra ruslar Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səfər ediblər.
Azərbaycana səfərlərə tələbatın dəfələrlə artmasına səbəb kimi ekspertlər gediş-dönüş aviabiletlərinin qiymətlərinin 2022-ci illə müqayisədə 23% enməsini göstərir.
Eyni zamanda, Azərbaycanda hotellərdə orta qiyməti dəyişməz qalıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR