Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91820
az

NBC: ABŞ Kiyevə kaset sursatlarının çatdırılmasını elan edə bilər

12:3030 İyun, 2023
126
DÜNYA
  • A

İyul ayında ABŞ Kiyevə kasetli sursatların tədarükünü elan edə bilər və söhbət təkmilləşdirilmiş standart ikili təyinatlı sursatlardan gedir.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən NBC telekanalı məlumat yayıb.

 

Xatırladaq ki, hələ mart ayında Ukrayna hakimiyyəti amerikalı konqresmenlərdən Ağ Evə təsir etməyi və kasetli sursatların ABŞ-ın növbəti hərbi yardım paketinə daxil edilməsinə nail olmağı xahiş etmişdi.

Bundan sonra 4 respublikaçı qanunverici prezident Co Baydenə məktub göndərərək onları Ukraynaya kömək etməyə çağırıb.

Lakin iyunun 23-də “Politico” qəzeti Vaşinqtonun belə mərmilərin tədarükü ilə bağlı qərar vermədiyini yazıb.

Kasset sursatları, partladıqda daha kiçik mərmiləri buraxan sursat növüdür. Bu cür bombaların istifadəsi mülki şəxslər üçün risk yaradır və partlamamış hərbi sursatlar döyüş əməliyyatları başa çatdıqdan çox sonra mülki insanları öldürə və ya şikəst edə bilər. Buna görə də kaset bombaları 2008-ci il konvensiyası ilə qadağan edilib, Ukrayna da daxil olmaqla 123 dövlət bu sənədə qoşulub.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib
ABŞ İranla da razılaşmaya hazırdır
Polşa Avropa İttifaqı və NATO-da Ukraynanın gələcəyini görmür