Vacib olan şərt heç xəstələnməmək deyil, xəstələnən zaman infeksiyanı təhlükəsiz şəkildə sonlandırmaqdır.
Son zamanlara havaların nəmli və küləkli keçməsi səbəbindən insanlar arasında qrip infeksiyası geniş yayılıb. Əsasən də kiçik uşaqların tez yoluxduqları bu xəstəlik yüksək temperatur, öskürək və burun axıntısı kimi əlamətlərlə özünü büruzə verir.
Həkimlər uşaqlarda bu cür hallar müşahidə edildikdə dəman müalicəsi ilə yanaşı bir sıra məqamlara diqqət yetirməyi də məsləhət görürlər.
Oxu24.com bildirir ki, həkimlər xəbərdarlıq edir ki, uşağınız xəstə olsa da onun su ilə təmasını azaltmayın, əksinə daha da tez-tez çimizdirin. Bu onun dərisində yığılan mikrobları və onların toksinlərini təmizləyərək uşağın təkrar yoluxmasının qarşısını alacaqdır.
İlk növbədə şəxsi gigiyenaya diqqət yetirilməlidir. Uşaqların əllərini tez-tez yumağa alışdırmaq lazımdır. Bu infeksiyanın daha da yayılmasının qarşısını alacaq.
Bundan əlavə uşağı hava soyuq olsa da tez-tez açıq havaya çıxarın. Yaxşı olar ki, hər gün ən az yarım saat uşağı təmiz havada gəzdirəsiniz. Onu insanların çox olduğu qapalı oyun parklarından, ticarət mərkəzlərindən uzaq tutsanız bir o qədər yaxşı olar.
Sağlam olduğunu bilsəniz də övladınızı kiminsə öpməsinə, qucaqlamasına icazə verməyin. Çünki xəstə olmasa da bir çoxları virus daşıyıcısı ola bilər. İmmuniteti zəif olan körpə isə belə olan halda dərhal xəstəliyə yoluxacaq. Oxu24.com
ŞƏRHLƏR