Başqırdıstan polisi Ufada elektronika mağazasına daxil olaraq işçilərə hücum edərək təxminən 5 milyon rubl və 7 mobil telefon oğurlayan şəxsləri saxlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Onun sözlərinə görə, hadisə Marşal Jukov küçəsində baş verib.
Hücum edənlər mağaza işçilərinə qarşı da bibər qazından istifadə edib və onları silahla hədələyiblər və soyğunçuluqdan sonra müəssisəni tərk edərək avtomobillə qaçıblar.
"Əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşları Ufa və Kazan şəhərlərində 4 gənci saxlayıblar. Onlardan ikisi cinayəti birbaşa törədən şəxs, üçüncüsü sürücü kimi fəaliyyət göstərib. Digər biri isə mağazanın keçmiş işçisidir". Volk bildirib.
Saxlanılan şəxslər oğurladıqları vəsaiti öz aralarında böldüklərini və xeyli hissəsini xərcləməyə nail olduqlarını etiraf ediblər.
Lakin polis cinayətkarlardan yerdə qalan pulları götürüb.
Həmçinin, araşdırma və axtarışlar zamanı məlum olub ki, oyuncaq tapança quldurların silahına çevrilib. Saxlanılanlardan üçü artıq həbs edilib, daha biri isə ev dustaqlığındadır.
TƏRCÜMƏ: NİGAR
Oxu24.com
ŞƏRHLƏR