Ukrayna prezidenti Vladimir Zelenski ekoloji fəal Qreta Tunberqlə görüşüb, Kaxovka SES-in dağıdılmasının nəticələrini müzakirə ediblər.
Oxu24.com xəbər verir ki,bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.
Tunberq Ukrayna hakimiyyətinin Qərblə birgə yaratdığı münaqişənin ekoloji nəticələri üzrə beynəlxalq işçi qrupunun nümayəndə heyətinin tərkibində Kiyevə səfər edib.
Zelenski Tunberqlə Ukrayna ərazisindəki hərbi əməliyyatların nəticələrinin ətraf mühitə təsirini müzakirə edib.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Kaxovka Su Elektrik Stansiyasına silsilə hücumlar təşkil olunub. Onun yuxarı hissəsi dağılıb, bəndin özü isə sağ qalıb. Dağıntı Kaxovka su anbarından suyun nizamsız şəkildə axıdılmasına və Xerson vilayətinin sahilyanı ərazilərinin su altında qalmasına səbəb olub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR