Məşhur milyarder Rusiya vətəndaşı olmaq istəmir.
Oxu24.com "Forbes"ə istinadən bildirir ki, milyarder İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.
Nəşrin yazdığına görə, Makarov 2023-cü ildə Rusiya pasportundan imtina edib və indi onun yalnız bir vətəndaşlığı var - Kipr.
Areti enerji şirkətinin təsisçisi və rəhbəri İqor Makarov 2013-cü ildə qaz aktivlərini “Rosneft”ə satıb. Makarovun sərvəti 2,2 milyard dollar qiymətləndirilir.
Bu, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan sonra Rusiya pasportundan imtina edən Forbes siyahısında indiki və keçmiş iştirakçılar arasından altıncı iş adamıdır.
Rusiya Federasiyasının işğalından sonra Makarova qarşı sanksiyalar Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya tərəfindən tətbiq edilib.
Tərcümə: Miri Məcidli
ŞƏRHLƏR