Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91769
az

Netanyahunun ABŞ-a cavabı: İsrail “Dəmir Qübbə”ni Ukraynaya təhvil verməyəcək

18:1229 İyun, 2023
175
DÜNYA
  • A

İsrail ABŞ-a yox dedi.

 

Oxu24.com xəbər verir ki,İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail ABŞ-ın Dəmir Qübbə raketdən müdafiə sistemini Kiyevə ötürməsinə icazə verməyəcək, çünki onun İranın mülkiyyətinə keçəcəyindən ehtiyatlanır.

 

“Bu sistem İranın əlinə keçərsə, milyonlarla israilli müdafiəsiz qalacaq və təhlükə qarşısında qalacaq”, Netanyahu The Wall Street Journal-a bildirib.


Eyni zamanda o, Qərbin Ukraynaya silah tədarükünə qoşulmaq çağırışlarını bir daha rədd edib.

"Bizim narahatlığımız var ki, məncə, Ukraynanın Qərb müttəfiqlərindən heç birinin belə narahatlığı yoxdur", - İsrailin baş naziri deyib.

 

Netanyahu ötən həftə bildirib ki, İsrail Rusiya ilə sıx əlaqələri olduğu üçün Ukraynanı dəstəkləyə bilməz.

 

“Bizim Rusiya ilə yaxın hərbi sərhədimiz var. Pilotlarımız Suriya səmasında rus pilotlarla bərabər uçur. Və düşünürəm ki, İranın şimal sərhədimizdə hərbi cəhətdən möhkəmlənmək cəhdlərinə qarşı fəaliyyət azadlığımızı qoruyub saxlamağımız vacibdir”, o qeyd edib.

 

Dəmir günbəz İsrailin Rafael şirkəti tərəfindən hazırlanmış raketdən müdafiə sistemidir. 2011-ci ildən İsrail ordusunda xidmətdədir. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı kütləvi raket hücumları fonunda İsrail hakimiyyətindən Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı mövqeyini dəyişməyi xahiş edib.

 

Tərcümə: Miri Məcidli 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib