Fransa və İspaniyada Ermənistan və Gürcüstandan olan cinayətkar qruplaşmanın üzvləri həbs edilib.
Oxu24.com xəbər verir ki. Europolun (Avropa İttifaqının polis xidməti) hesabatına görə, təşkilat ağır əmlak cinayətləri, reketçilik, hədə-qorxu ilə pul tələb etmə və çirkli pulların yuyulmasında iştirak edən qanuni oğrulardan ibarət böyük cinayət şəbəkəsinin ləğvində Fransa və İspaniya milli polisinə dəstək verib. .
İstintaq Fransada və İspaniyada yerləşən, İspaniyada qanuni oğrunun rəhbərlik etdiyi erməni cinayət təşkilatının üstünü açıb.
Çirkli pulların yuyulması əsasən İspaniyada avtomobil ustaları və Barselonada idxal edilən kürü mağazası vasitəsilə həyata keçirilirmiş.
Bir sıra əməliyyat tədbirləri zamanı Fransa və İspaniyada evlərdə 38 axtarış aparılıb, 28 nəfər həbs edilib.
Fransa və İspaniya hakimiyyəti 2020-ci ilin noyabrında bu cinayət şəbəkəsi ilə bağlı birgə araşdırmaya başlayıb. Əksəriyyəti erməni və gürcü olan cinayətkar qruplaşmanın bir neçə üzvünə qarşı Fransa və İspaniya polisinin bundan əvvəl apardığı ayrı-ayrılıqda araşdırmalar şübhəlilər arasında əlaqələri üzə çıxarıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR