Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91739
az

İşçi tələb olunur: Maaş 2500 AZN

12:1329 İyun, 2023
974
ELANLAR
  • A

Başak Group

Mühasib-operator (6 aylıq layihə)
 

 Son tarix 21 iyl 2023 [email protected]

Namizədə aid tələblər:
Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
İş təcrübəsi 2-3 il;
Kompüterdə sərbəst işləmək bacarığı,
1C proqramından istifadə bacarığı (əsas tələb),
Ciddi, məsuliyyətli, dəqiq olmalı;
Yaş həddi 20-30 arası.
Vəzifə öhdəlikləri:
Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
İş qrafiki:
Həftə içi 5 gün saat 09:00-18:00,
Nahar şirkət tərəfindən verilir,
Korporativ nömrə (korporativ paket),
Əməkhaqqı: 700-800 AZN,
Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib-operator” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yanlız təcrübəsi olan şəxslərin CV formalarına baxılacaq.

 

Başak Group

Satış mütəxəssisi (dağıtım)

 Son tarix 21 iyl 2023 [email protected]

Tələblər:
Ali təhsil,
Ekspeditor, satış dağıtım sahəsində minimum 2-3 il təcrübə (yanlız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
Danışıqlar aparma qabiliyyəti,
Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
23-30 yaş aralğı,
Öhdəliklər:
Aylıq satış hədəflərinə çatmaq,
Müəyyən edilmiş ərazi üzrə müştəri ziyarətləri və sifarişlərin alınması,
Dağıtım standartlarının satış nöqtələrindən icraatı.
İş şəraiti:
İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
Əməkhaqqı: 700-1000 AZN + Bonus (KPİ),
Nahar şirkət tərəfindən qarşılanır,
Korporativ nömrə,
Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi-dağıtım” yazaraq göndərə bilərlər

 

Başak Group

Baş mühəndis

 Son tarix 21 iyl 2023 [email protected]

Namizədə aid tələblər:
Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
Kompüter bilikləri: MS Office proqramları, AutoCad;
İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
Punktual və ünsiyyətcil olması;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Vəzifə öhdəlikləri:
Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
Material sərfini hesablamağı bacarmaq;
Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
İş qrafiki:
Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
Nahar şirkət tərəfindən verilir,
Korporativ nömrə (korporativ paket),
Əməkhaqqı:  2000-2500 AZN + layihə üzrə bonus
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühəndis” yazaraq göndərə bilərlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA