Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91731
az

Ailə münaqişəsi faciə ilə nəticələndi - Qadın övladının ölümünə "qisməti beləymiş" dedi - VİDEO

11:2429 İyun, 2023
153
KRİMİNAL
  • A

Küçənin ortasında qadını qovaraq ona təpik atır... Ana isə azyaşlı qızcığazın  yanına gələrək qaçmağa başlayır. Bu zaman azyaşlı atasının onu da təpiklə vuracağından qorxaraq anası ilə özünü yola atır. Nəticədə maşının vurduğu uşaq ölür, qadın isə xəsarət alır...

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı görüntüləri yayılan hadisə 4 gün əvvəl Bakının Balaxanı qəsəbəsində baş verib.

Bakının Balaxanı qəsəbəsində əri tərfindən şiddətə məruz qalan ailənin yaşadığı evə gedib hadisənin təfərrüatlarını öyrənmək istədik.

Baş verən hadisədən sonra gözü yaşlı bir ananın bizi  qarşılayacağını, atanın isə ümumiyyətlə kamera  qarşısına çıxmayacağını gözləyirdik. Amma gözlədiyimiz olmadı...

Özündən 28 yaş böyük  kişi ilə ailə  quran Lalə İsmayılova əri Hümmət Adıgözəlovun hərəkətlərinə hətta haqq qazandırdı.

Lalə baş verənlərə asanlıqla "qisməti beləymiş" deyib keçir. O, şiddətə öyrəşərək yaşadığının, küçələrdən butulka, dəmir - dümür toplayaraq min bir əziyyətlə övlad böyütdüyünün fərqində belə deyil. Elə rəsmi nikahı olmayan, amma 6 ildir birlikdə  yaşadığı Hümmət kimi...

Baş verənlərlərə bağlı Ailə, Qadın ,Uşaq problemləri üzrə dövlət Komitəsindən bayram günü olduğundan münasibət öyrənə bilmədik...Onsuz da nə  öyrənəcəyimiz münasibət, nədə ki, veriləcək açıqlamalar 5 yaşlı Nurcayı geri qaytaracaq. 5 yaşlı Nurcay arzularını, xəyallarını özü ilə apardı. Onun 4 yaşlı qardaşının taleyinin necə olacağını isə indi heç kim bilmir. Nurcayın yoxluğunun elə də fərqində olmayan valideynləri  görəsən onu necə böyüdəcəklər?

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib