Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9172
az

Paşinyan Moskva ilə RAZILAŞDI

18:2622 Yanvar, 2019
753
SİYASƏT
  • A
Ermənistan hakimiyyəti təbii qaz üzrə daxili tariflərin saxlanılması haqqında “Qazprom”la razılaşdı.

Oxu24.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumun kuluarlarında deyib.

“Ölkə daxilində qazın tarifi dəyişməyəcək və biz son razılığa gəlmək üçün “Qazprom”la danışıqları davam etdirəcəyik. Qazın uzunmüddətli qiymətini uyğunlaşdırmaq bizim üçün çox əhəmiyyətlidir. Hazırda Avrasiya İqtisadi İttifaqı çərçivəsində qazın və energetikanın ümumi bazarlarının yaradılması haqqında müzakirə gedir”, - baş nazir qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi