Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91697
az

ŞOK HADİSƏ! Meşədə itkin düşən uşağı ayılardan görün nə xilas etdi

18:5028 İyun, 2023
719
REDAKTORUN SEÇİMİ
  • A

Rusiyanın Amur vilayətində tayqada itən oğlanı gecə saatlarında it qoruyub.

 

Oxu24.com xəbər verir ki, bu barədə polis  əməkdaşlarına xilas edilən uşaq özü məlumat verib.

 

"İt əvvəlcə kolların arasında mənə yaxınlaşdı. Qalxdım, baxdım, düşündüm: itdir. Onu çağırdım. O, gəlib yanıma uzandı", - deyə meşədə itkin düşən azyaşlı oğlan başına gələnlərdən danışarkən bildirib.


Həmçinin, xilasedicilərin uşaqla söhbətinin məzmunu ilə tanış olan xilasediiclər əlavə edib ki, oğlan gecəni ondan 700 metr aralıda balaları olan ayı yuvası olan yıxılmış  ağacın altında keçirib.

Göründüyü kimi, yaxınlıqdakı arıxanadan oğlanın yanına qaçan it bütün gecəni vəhşi heyvanları qorxutdu - itin iyini aldılar və yaxınlaşmadılar.

 

Xatırladaq ki, uşaq iyunun 27-də günorta saatlarında itib. Oğlan atası və əmisi ilə balıq tutmağa getmişdi. Evə qayıtmaq vaxtı çatanda atasının bel çantası cırılıb və oğluna təcili yardımla məşğul olana qədər əmisinin arxasınca getməsini deyib. Amma oğlan meşədə  itib.

Evə qayıdan böyüklər xilasedicilərə müraciət ediblər və uşağın axtarışına başlanılıb. Onlara helikopter, xüsusi texnika cəlb edilib və çoxlu sayda könüllülər tədbirə qoşulub.

Səhər saatlarında tayqada helikopterdən qırmızı ləkə görünüb. Bunun uşağın paltarı ola biləcəyini nəzərə alaraq, xilasedicilər və könüllülər tapıntının olduğu yerə göndərilib. Uşaq xilas edilib.

 

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saqqallı kişilər cərimələnir
Dəhşətli xəbər gəldi: Ərlə arvad öldü
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər var


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Oğurladıqları heyvanları satan şəxslər saxlanıldı