Rusiyanın Çelyabinsk vilayətində uşaq bağçasında sifilis epidemiyası qeydə alınıb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki,artıq iki nəfərdə virusa yoluxub, onlardan biri uşaqdır. Sosial şəbəkələrdə 26 uşağın virusa yoluxduğu iddia edilib.
Məlum olub ki, əvvəlcə tərbiyəçilərdən birində təhlükəli xəstəlik aşkarlanıb.
Bundan sonra bağçanın rəhbərliyi valideynləri veneroloqla söhbət etmək üçün akt zalına toplayıb.
Həkim uşaqların xəstəliklərə qarşı yoxlanılmasının vacibliyindən danışıb və ağır antibiotik kursu tövsiyə edib. Lakin əsl səbəb açıqlanmayıb.
“Beş uşaq bağçasında aparılan auditin nəticələrinə əsasən, sanitar-epidemioloji qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Məktəbəqədər təhsil təşkilatlarının rəhbərlərinə tövsiyələr verilib, nəticədə qanun pozuntuları aradan qaldırılıb, qanun pozuntularına yol vermiş 15 şəxs qanun intizam məsuliyyətinə cəlb edilib”, – Çelyabinsk vilayəti prokurorluğunun rəsmi saytında deyilir.
Qeyd edək ki, siflis HİV virusunun ağırlaşmış formasıdır. Bu xəstəlik əsasən qanla və cinsi yolla ötürülür.Müalicə olunsa da,sağalmaz xəstəlik hesab edilir.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR