Çinin Avropa İttifaqındakı səfiri Fu Konq bildirib ki, Pekinin 1991-ci il sərhədlərinə qayıtmaqla Ukraynanın ərazi bütövlüyünü bərpa etmək istəklərinə dəstək verəcəyini istisna etmir
Oxu24.com xəbər verir ki, “Əl-Cəzirə”nin məlumatına görə, o, bu barədə müsahibəsində bildirib.
Ukraynanın məqsədlərini dəstəkləmək, xüsusən də Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri qaytarmaq barədə suala Çin səfiri belə cavab verib: “Mən bunun üçün heç bir səbəb görmürəm”.
"Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmət edirik. Ona görə də Çin keçmiş Sovet İttifaqı ilə əlaqələr quranda biz buna razılaşdıq. Amma qeyd etdiyim kimi, bunlar Rusiya və Ukraynanın müzakirə etməli və həll etməli olduğu tarixi məsələlərdir. Bu, bizim həyata keçirdiyimiz şeydir" deyə Fu Konq bildirib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR