Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyanı nümayiş etdirdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə aparmaqla öz ölkəsini məhv edir.
Oxu24.com xəbər verir ki,bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok iyunun 27-də Cənubi Afrikaya səfəri zamanı deyib.
Priqojinin üsyanını şərh edən Burbok bir daha vurğulayıb ki, bu, Rusiyanın “daxili işidir” və Avropa və Almaniya buna qarışmır, baxmayaraq ki, federal hökumət “vəziyyəti çox diqqətlə izləyir”.
Burbok bildirib ki, muzdluların üsyanı açıq şəkildə göstərir ki, Putin Ukraynada döyüşməklə “öz ölkəsini məhv edir” və Rusiyada “təhlükəsizliyi təhlükə altına alır”.
Bir gün əvvəl Burbok Priqojinin üsyan cəhdinə də münasibət bildirərək deyib ki, Rusiyada hadisələr inkişaf etməkdə davam edir və ölkədə nə baş verdiyi hələ də tam aydın deyil. Onun sözlərinə görə, həftə sonu baş verənlər, görünür, “bu rus dramında bir pərdə” idi.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR