Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91658
az

Dövlət Departamentindən sülh sazişi ilə bağlı SON DƏQİQƏ açıqlaması

23:1827 İyun, 2023
209
SON DƏQİQƏ
  • A

Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.

Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.

"ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından şaddır. Bu gün görüşün ilk günü idi və müzakirələr iyunun 29-dək davam edəcək. Prosesin inkişafı üçün onlara kömək edəcəyik", - Metyu Miller qeyd edib.

Departament rəsmisi vurğulayıb ki, dövlət katibi Antoni Blinken hər iki ölkənin xarici işlər naziri ilə dəfələrlə danışıqlar aparıb:

"Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük".

Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlar iyunun 29-dək davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məktəb direktoru faciəvi şəkildə öldü
Bu qanunlarda dəyişiklik edildi- Fərman
Boşananlara    BƏD XƏBƏR:Aliment məbləği ARTIRILIR

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi