Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91657
az

“Vaqner”in Azərbaycanla bağlı ŞOK ƏMƏLLƏRİ üzə çıxdı - “TƏCİLİ hərəkətə keçməsək...”

23:1327 İyun, 2023
680
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl Rusiyanın təbliğat dairələrinə yaxın mənbə adının çəkilməməsi şərti ilə bildirib ki, Fransa hökuməti ilə Yevgeni Priqojin arasında “Vaqner” muzdlularının bir hissəsinin dünyanın başqa bir yerində istifadə oluna biləcəyinə dair müəyyən razılaşma var.

Son illərdə Fransanın xüsusi canfəşanlıqla hərbi yardım göstərmək istədiyi yalnız bir ölkə var - Ermənistan.
Digər tərəfdən, öz əli ilə məhvinə imza atan “Vaqner”in bundan sonra Rusiyada baş qaldıra biləcəyi real görünmür. 25 minlik şəxsi heyətə malik olan ordu isə harasa yerləşməlidir. Bu baxımdan Fransa və Rusiya hansısa formada razılığa gələ və “Vaqner”in bir hissəsini doğrudan da sərhədimizə göndərə bilərlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə öz feysbuk hesabında qeyd edib ki, “Vaqner” muzdlu qruplaşmasının üzvlərinin Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakları ilə yanaşı, Qarabağdakı döyüşlərdə də erməni separatçılarına dəstəyi barədə məlumatlar var:

“ “Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkib. “Vaqner” qruplaşmasının keçmiş üzvlərindən Viktor Oqnev İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə özəl hərbi şirkətin 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan ordusuyla savaşdığını bildirmişdi.

“Vaqner” muzdluları arasında ermənilər də var. Onlardan biri - Qarabağ doğumlu Ayk Qasparyan Suriya və Ukraynadakı döyüşlərdə iştirak edib, hətta Solidar şəhərinin işğalındakı iştirakına görə Rusiya prezidenti Vladimir Putin tərəfindən təltif olunub. “Vaqner” muzdlularının bir qrupu Qarabağda olubsa, bu, müharibənin sonlarına yaxın noyabr ayında olub, onlar Azərbaycan ordusuyla real döyüşlərdə iştirak etməyiblər. “Vaqnerin” Qarabağda peyda olması Rusiya hakimiyyətinin icazəsi ilə baş verib. Əgər Kreml Azərbaycan ordusunun Qarabağda uğurlu həmlələrinin qarşısını almaq üçün “İsgəndər-M” raketlərindən istifadə edibsə, eyni məntiqlə muzdluları da Azərbaycan ərazisinə göndərə bilərdi”.

Makronla Priqojin anlaşmasına gəlincə, Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ukrayna məsələsinə görə Fransa ilə Rusiya arasında dərin fikir ixtilafı var:

“Mən inanmıram ki, Fransa ilə Rusiya arasında belə bir razılaşma olsun. Keçmiş illər olsaydı, bəlkə də belə bir razılaşma ola bilərdi.

Fransa Qərb ölkələri kimi Rusiyaya qarşı sanskiyalar tətbiq edib. Belə olan halda onlar “Vaqner” məsələsində necə razılaşa bilərlər? Bu, Makronun imicinə də çox böyük zərbə ola bilər. Doğrudur, orası da faktdır ki, erməni separatizminə baxışda bir-birinə düşmən gözü ilə baxanlar bəzən yaxın əlaqələr də qura bilirlər. Məsələn, Rusiya, İran, Fransa, Amerikadakı müəyyən dairələr. Amma inanmıram ki, “Vaqner” məsələsində fikir birliyi var. “Vaqnerçilər” muzdlulardır, həbsxanadan buraxılanlardır. Bir sözlə, bu versiyanı inandırıcı hesab etmirəm.  

İkincisi, Rusiyanın “Vaqner”lə bağlı planı fərqlidir – onu tərk-silah etmək, Müdafiə Nazirliyinin tabeliyinə vermək. Putin dünən qeyd etdi ki, kim razılaşmasa, ya evinə gedəcək, ya da Belarusa köçə bilər”.

Politoloq vurğulayıb ki, biz onsuz da strateji yüksəkliklərə nəzarət edirik:

“Sərhəd onsuz da müəyyənləşməyib. Orada erməni sərhədçisidir, “Vaqner”dir, yaxud da Rusiya hərbçisidir – bizi o qədər də maraqlandırmamalıdır. Biz Qarabağda qayda-qanun yaratmalıyıq və oranı tamamilə nəzarət altına keçirməliyik”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanı sanksiyalarla HƏDƏLƏDİ
Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi