Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9165
az

Ağsuda dəhşətli cinayət — Ər arvadını namaz üstə bıçaqladı

14:4322 Yanvar, 2019
847
  • A
 
 Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Oxu24.com” xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən proses yanvar ayının 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 18-də axşam saatlarında Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
N.Həsənov arvadının kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib.

Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşının namaz qılmağını istəmədiyinə görə bıçaqladığını bildirib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda cinayət məcəlləsinin 29.120.2.4-cü və 228.4-cü maddəsi ilə cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb