Yaşlı qadın fırıldaqçıların qurbanı olub.
Oxu24.com xəbər verir ki, fırıldaqçılar qadına zəng edərək guya onun qızının qəzaya düşdüyünü və pula ehtiyac olduğunu bildiriblər. Bu yolla qadından 1 milyon rubl pul və qızıl alıblar.
Hadisə Moskvada baş verib.
Bu barədə REN TV-nin mənbəsi məlumat verib.
İyunun 26-da səhər saatlarında 63 yaşlı qadın dəhşətli zəng eşidib. “Qızı” ona naməlum nömrədən zəng vuraraq onu maşın vurduğunu, hazırda xəstəxanada olduğunu deyib. Nömrənin naməlum olmasına baxmayaraq, zəng edənin tonu əsl qızı kimi olduğu üçün ana qeyd-şərtsiz ona inanıb və panikaya düşüb.
Telefonda "qızı" aydınlaşdırdı ki, onun yalnız beyin sarsıntısı və dodağı sınıb, ona görə də anasının hazırda xəstəxanaya tələsməsinə ehtiyac yoxdur. Ancaq müstəntiqə üç milyon yarım rubl vermək lazımdır - bu, guya cinayət işi başlamamağın qiymətidir.
“İndi müstəntiq sizə zəng edəcək, onun göstərişlərinə əməl edib 3.500.000 rubl köçürməlisən ki, mənə qarşı cinayət işi başlamasınlar.Svetoforun qırmızı işığına keçdim, mənə görə qız reanimasiyaya düşdü, ” deyə telefonda qadına yalan sözlər deyiblər.
Və "qızı" zəngi tamamlayan kimi özünü müstəntiq kimi təqdim edən şəxs 63 yaşlı ananın şoka düşməsinin ardınca zəng edib. O, qadını sakitləşdirib və əmin edib ki, bütün problemlər pulla həll olunur.
Sadəcə, rüşvətin bu qədər nəzərə çarpmaması üçün onu xüsusi qaydada köçürmək lazımdır – qadın qızı üçün guya “paket”i yığıb kuryerə təhvil verməlidir.
Yalançı müstəntiq “hamam xalatını götür, sağ cibinə nağd milyon, sol cibinə qızıl, üstünə yataq dəsti və dəsmal qoy”, - deyə qadını aldadıb.
Ana elə etdi. Bir-iki saatdan sonra onun evinə kuryer gəlib, bağlamanı götürüb və izsiz yoxa çıxıb. Və düz bir saat sonra əsl qızı anasına zəng etdi və şən səslə qadının özünü necə hiss etdiyini soruşdu.Qadın bildirib ki, o, banka pul çıxarmağa gedir.
Qız anasına qəzaya düşmədiyini dedikdə qadın şoka düşüb. Məlum olub ki, fırıldaqçılar onu aldadırmış
Həmin gün yaxınları polisə şikayət edib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR