Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91614
az

Vaqnerə bir ildə görün nə qədər pul xərclənibmiş  —  ŞOK RƏQƏM

16:2927 İyun, 2023
325
  • A

"Vaqner" qrupunun təchizatı tam dövlət tərəfindən təmin edilib".

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbçilərlə görüşündə bildirib. Onun sözlərinə görə, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər onun saxlanmasına 86 milyard rubl xərclənib.

"Biz Vaqner qrupunun döyüşçülərinə həmişə hörmətlə yanaşmışıq", deyə Putin vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, həmişə və hər yerdə silahlı qiyamlardan sonra tam xaos və vətəndaş müharibəsi baş verir: “Rusiya hərbçiləri bunun qarşısını alıblar. Qiyam zamanı hərbçilər dinc əhali arasında itkilərin qarşısını almaq üçün çox ağır şəraitdə işləməli olublar. Rusiyanın düşmənləri qiyama görə yaranmış xaosdan mütləq istifadə etməyə çalışacaqdılar, lakin bunun qarşısı alındı. Ölkə necə olacaqdı, məlum deyil, amma hərbi əməliyyatların bütün nailiyyətləri itiriləcəkdi".

Putin vurğulayıb ki, silahlı qiyamın yatırılmasında Müdafiə Nazirliyinin hərbçilərinin xüsusi rolu olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək