Müdafiə Nazirliyi "Vaqner" PMC ağır texnikasının Rusiya Federasiyasının silahlı qüvvələrinə təhvil verilməsinin hazırlığını elan edib.
Oxu24.com xəbər verir ki,"Vaqner" PMC-nin ağır texnikası Rusiya Silahlı Qüvvələrinin bölmələrinə veriləcək.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Onlar qeyd ediblər ki, hazırda texnikanın təhvil verilməsi üçün hazırlıq işləri aparılır.
"Vaqner PMC-nin ağır hərbi texnikasının Rusiya Federasiyası Silahlı Qüvvələrinin aktiv bölmələrinə təhvil verilməsinə hazırlıq gedir", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Daha əvvəl FSB-nin VTK silahlı üsyanla bağlı işin dayandırıldığını elan etdi, çünki onun iştirakçıları cinayətə birbaşa yönəlmiş hərəkətləri dayandırdılar.
Rusiya lideri Vladimir Putin bir müddət əvvəl bildirib ki, ölkədə iğtişaşları qızışdırmaq cəhdi uğursuzluğa məhkumdur.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR