Rusiyada məhbus kanalizasiya quyusu vasitəsi ilə həbsdən qaçıb.
Oxu24.com xəbər verir ki,Krasnoyarsk diyarının Kansk şəhərində inzibati məhdudiyyətləri pozduğuna görə həbs edilmiş şəxs iyunun 26-da xüsusi təcridxanadan köhnə kanalizasiya çuxurunun drenajı ilə qaçıb.
REN TV-nin yaydığı məlumata görə, 34 yaşlı yerli sakin təcridxanaya aparılıb. O, 10 gün həbsdə qalmalı olub. Lakin kişi cəzanı vaxtından əvvəl dayandırmaq qərarına gəlib.
“Gündüz gəzinti zamanı o, hasarın altından keçmiş kanalizasiya çuxurunun drenajına sürünərək, dəmir təbəqəni açıb və gözdən itib”, - mənbə bildirib.
Qaçaq bir neçə saatdan sonra tutulub. İndi onu əlavə 15 gün həbs gözləyir.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR