Qaynar xətt:

(+99450) 247 90 86

Şoyqu gedir,ya qalır?

DÜNYA

276

27.06.2023, 11:59

Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatına görə, Rusiya prezidenti Vladimir Putin yəqin ki, Sergey Şoyqunu Rusiyanın müdafiə naziri vəzifəsindən azad etməyəcək.

 

Oxu24.com xəbər  verir  ki, mərkəzin məlumatına  görə,  bu, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinə güzəşt kimi görünür.

 

Təhlilçilər qeyd edirlər ki, Priqojinin Putini sədaqətinə inandırmaq cəhdləri açıq-aşkar uğursuzluğa düçar olub, çünki o, Priqojinin bəyanatından sonra silahlı üsyanı şantaj cəhdi kimi səciyyələndirib və onun təşkilatçılarını satqınlar kimi pisləyib.

 

Putinin “şantaj” sözünü işlətməsi onu deməyə əsas verir ki, Putin Priqojinin birbaşa Kremlə hücum etmək niyyətində deyil, onun tələblərini qəbul etdirməyə çalışdığını hiss edib.

 

Kreml çox güman ki, Şoyqunun hələ də öz mövqeyini saxlayacağına və Putinin Priqojinin şantaj cəhdinə uymayacağına işarə etməyə çalışır.

 

Tərcümə: Miri Məcidli