Göygöl sakini söyüşə görə qonşusuna dəmir parçası ilə ağır xəsarət yetirib.
“Report” xəbər verir ki, hadisə şəhəri Aydın Hacıyev küçəsində baş verib.
Belə ki, Qurbanov Aftandil Malik oğlu küçədə digər tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlədib.
Bu zaman onun qonşusu Hüseynov Tural Turan oğlu küçədə nalayiq ifadələr işlətdiyinə görə A.Qurbanovu dəmir parçası ilə vuraraq ağır xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib və ona qarın boşluğunun daxili qanaxması diaqnozu qoyulub.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR