Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91594
az

“Vaqner” Rusiya qırıcısını vurub - 20 ölü

11:3027 İyun, 2023
122
  • A

Məlum olduğu kimi, ötən günlərdə Rusiyada muzdlu hərbi qrup olan “Vaqner” rəhbərliyə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. Rusiya lideri Putin 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"i xəyanətdə günahlandırıb. Tərəflər sonda razılığa gəliblər. Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatıb. Priqojin "rus qanını tökməmək məsuliyyəti ilə" geri çəkildiklərini açıqlayıb.

Oxu24.com xəbər verir ki, Kreml və Rusiya Müdafiə Nazirliyi itkilərlə bağlı susmağa üstünlük versə də, ordu mənbələrinə istinadən məlumatlar yayımlanan “Rybar” və “Fighterbomber” telegram kanalları araşdırma aparıb.

Araşdırmaların nəticələrinə görə, Rusiya ordusunun bütün itkiləri hava qüvvələrindəndir və ümumilikdə 7 təyyarə vurulub. Bildirilib ki, “Vaqner” qüvvələri 6 helikopteri, həmçinin hava komandanlığı mərkəzi kimi istifadə edilən İL-22M təyyarəsini vurub.

İl-22M təyyarəsinin vurulması zamanı azı 10 zabitin həlak olduğu təxmin edilir. Vurulan helikopterlərin KA-52 hücum, Mi-8 və Mi-35M döyüş helikopterləri olduğu, bundan başqa, elektron döyüş maşınları ilə təchiz edilmiş üç Mi-8MTPR helikopterinin vurulduğu iddia edilib. Məlumatda Rusiya Hərbi Hava Qüvvələrinin verdiyi can itkisi 11-i pilot olmaqla 20 aviator zabiti olaraq göstərilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi