Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91583
az

Ucarda narkotik satan şəxs tutuldu

09:3827 İyun, 2023
126
KRİMİNAL
  • A

Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb.

Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı AK-74 markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu "Əkbər" adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o polis əməkdaşları tərəfindən yaxalanıb.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar davam etdirilir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO